“Mgb Lo Ofisis (Azərbaycan)” Qapalı Səhmdar Cəmiyyətinə cərimə protokolu yazılıb.
Banker.az xəbər verir ki, şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 598.7-ci maddəsi ilə inzibati protokol tərtib olunub.
İşə Bakı Şəhəri Səbail Rayon Məhkəməsində hakim Günel Səmədovanın sədrliyi ilə baxılacaq.
İnzibati Xətalar Məcəlləsinin 598.7-ci maddəsinə görə bu Məcəllənin 598.1-ci və 598.4-cü maddələrində nəzərdə tutulmuş xətaların qeyri-maliyyə institutları və peşə sahibləri tərəfindən törədilməsinə görə vəzifəli şəxslər səkkiz yüz manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər səkkiz min manatdan on beş min manatadək məbləğdə cərimə edilir.