Azərbaycan daxildə zeytun yağını istehsalını artırdıqca ixrac da böyüməyə başlayır.
Banker.az xəbər verir ki, 2024-cü ilin ilk üç rübündə Azərbaycan məhsullarının ixracı ötən ilin eyni dövrü ilə müqayisədə həm miqdar, həm də dəyər baxımından əhəmiyyətli artım nümayiş etdirib.
İlk üç rübdə 795.2 ton və ya 5 milyon 401.6 min ABŞ dolları dəyərində zeytun yağı ixrac edilib. Bu da illik müqayisədə miqdar baxımından 97 faiz və ya dəyər baxımından 155 faiz artırmış olub.
DSK-nın məlumatına əsasən cari ilin ilk 9 ayında Azərbaycanda zeytun fabrikləri 20 702 tonluq zeytun yağı istehsal ediblər. Keçən ilin eyni dövründə göstərici 18 587 ton idi.
Ən böyük ixrac artımı Rusiya ilə qeydə alınıb. Rusiya keçən il 415.4 ton və ya 3 milyon 83.8 dollar dəyərində zeytun yağı alıb.
Zeytun yağı həm də keçən ilki qiymətlərdən bu il daha bahadır. Məsələn bir tonunu Azərbaycan keçən ilin ilk 9 ayında orta hesabla bir tona görə 6 793 dollar valyuta əldə edib. Amma keçən il qiymətlər 5 265 dollar idi. Bu da qiymətlərin bir ton üçün 1 528 dollar baha olduğunu göstərir.