11 C
Baku
Monday, November 25, 2024

Azərbaycan 2025-ci ildə həmtəsisçi olduğu beynəlxalq investisiya və inkişaf fondlarına 270 milyon manat ayıracaq

Gələn il Azərbaycanın həmtəsisçi olduğu beynəlxalq investisiya və inkişaf fondlarının nizamnamə kapitalında ölkənin payının maliyyələşdirilməsi üçün dövlət büdcəsindən 270 milyon manat ayrılacaq.

Bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin bu gün keçirilən plenar iclasında deyib.

Nazirin sözlərinə görə, 2025-ci ildə dövlətin beynəlxalq aləmdə mövqelərinin möhkəmləndirilməsi, beynəlxalq öhdəliklərinin yerinə yetirilməsi və xarici fəaliyyətin təmin edilməsi məqsədilə dövlət büdcəsindən 754 milyon manat ayrılması planlaşdırılır: “Bu vəsaitin 238 milyon manatı beynəlxalq səviyyəli tədbirlərin keçirilməsinə, 205 milyon manatı isə Azərbaycanın xarici diplomatik nümayəndəliklərinin və konsulluqlarının saxlanılması və fəaliyyət xərclərinə yönəldiləcək”.

Son xəbərlər
Digər xəbərlər