11 C
Baku
Tuesday, November 26, 2024

“Birkart”ın nizamnamə kapitalı 85 mln. manata qaldırılıb

Kapital Bankın törəmə maliyyə təşkilatı “Birkart Bank Olmayan Kredit Təşkilatı” MMC-nin nizamnamə kapitalı 85 milyon manata qaldırılıb.

Banker.az xəbər verir ki, BOKT-nin kapitalı 5 230 000 manat və ya 6.6% artırılıb.

Beləliklə, BOKT-nin kapitalı 84 635 580 manata qaldırılıb.

BOKT bununla da Azərbaycanda fəaliyyətdə olan qeyri-bank kredit təşkilatları içində ən iri nizamnamə kapitallı BOKT-dir.

Buna qədər 1-ci yerdə “Aqrarkredit” QSC BOKT idi və onun nizamnamə kapitalı 45.34 mln. manat təşkil edirdi.

Digər sıralarda 38.89 mln. manatla “Para” BOKT ASC və 17 mln. manatla “TBC Kredit” BOKT-dir.

Son xəbərlər
Digər xəbərlər