13 C
Baku
Saturday, November 23, 2024

Qızıl valyuta kimi

Qızıl əsrlərlə dünyaya hökmranlıq edib. Hal-hazırda, XXI əsrin birinci on illiyi qeyri-sabitlik şəraitində tamamlananda, bir çox investorlar yenidən qızıl standartının tətbiqini zəruri hesab edirlər.

Lakin, XIX və XX əsrlərdə qızıl standartı ilə bağlı bir çox problemlər var idi və indi onu müdafiə edənlər bir vacib detalı unudur: azad bazar şəraitində qızıl yeni valyuta olmuşdur. Sarı metala nə üçün valyuta kimi baxmaq lazım olduğu haqda Investopedia.com saytında məlumat verilmişdir. 

Adətən qızılın ABŞ dolları ilə alqı-satqı edildiyi səbəbindən, çoxları sarı metalın və dolların qarşılıqlı əlaqədə olduğunu düşünür  (xüsusən ona görə ki, bu valyuta və qiymətli metalın qiymətinin təyin edilməsi arasında həqiqətən də əks korrelyasiya var). Lakin bu ancaq ilk baxışda belədir: eləcə də dollara Yapon iyenası almaq olar, və hər hansı bir nağd pula qızıl əldə etmək olar.

Qızıl valyuta kimi

Qızılın öz qiyməti mövcuddur, və bu qiymət digər valyutaların, məsələn ABŞ dolları, avro və yapon iyenasının qiymətinin təyin olunmasından asılı olaraq, dəyişir. Sarı metalı almaq və saxlamaq olar və gündəlik haqq-hesabda bundan nadir hallarda istifadə olunmasına baxmayaraq, o yüksək likvidliyi ilə seçilir və rahat olaraq hər bir valyutada konversiya olunur.

Bundan başqa qızıl, valyutaların fərqləndiyi bütün keyfiyyətlərə malikdir. Bəzən qızıl pul valyutalarından yüksək qiymətləndirilir, bəzən isə keş qızılı qiymətdə ötür. İnvestorların “kağız” alətlərə inamları olmadığı halda, qızılın məşhurluğu artır.

Qızılın alqı-satqı üsulları az deyil: külçə şəkilində alınması, fyuçerslər, ETF (exchange traded funds) – fondlar, birjada satılan, yaxud CFD (сontracts for difference) adlandırılan – pərakəndə satış qiymətləri.

Qızıl və dollar

Sarı metal və Amerika milli valyutası arasında çoxdan maraqlı qarşılıqlı münasibətlər yaranmışdır. Uzun müddətli planda dolların ucuzlaşması həmişə qızılın qiymətinin bahalaşması demək idi. Lakin qısa müddətli perspektivdə bu qanunauyğunluq çox vaxt işləmir və bu alətlər arasında olan dəyişiklik əhəmiyyətsizdir.

Dollar və qızıl eləcə də ABŞ-ın milli valyutanı qızıla qəti müəyyən edilmiş məzənnə üzrə konversiya edilməsinə müvafiq olaraq Bretton-Vuds valyuta sistemi çərçivəsində də qarşılıqlı əlaqədədir. 1971-ci ildə prezident Riçard Niksonun qəti müəyyən edilmiş dərəcəni ləğv etdiyinə baxmayaraq, dollar sarı metal nisbətində daima devalvasiya olmuşdur, Amerika bu günə kimi dünyanın ən qüdrətli dövləti olaraq qalmışdır və müvafiq olaraq harada sarı metal haqqında söhbət getsə, burada Amerika pulu da yada düşür.

Lakin, qiymətli metalın və dolların qarşılıqlı əlaqəsinin mövcud olmasına baxmayaraq (necə ki digər valyutalar), qızıl digər faktorların təsiri altındadır.  Məsələn, bu inflyasiya yaxud hərbi fəaliyyət ola bilər. Bütövlükdə qızıl bir qrup insanların yaxud cəmiyyətlərin vəziyyətinin indikatoru deyil, ümumiyyətlə dünya iqtisadiyyatının indikatorudur.

Standart problemlər

Qızıl haqqında valyuta kimi danışdıqda, çoxları qızıl standartın fəaliyyət göstərdiyi zamanı yada salırlar, bir qayda olaraq  bu XIX əsrin əvvəlindən 1971 ci ilə qədər dövrü əhatə edir (baxmayaraq ki, oxşar standartlar əvvəllər də olmuşdur).

Qızıl standartla olan əsas problem onun “oyun qaydalarını təyin edən” dünya mərkəzi banklarına söykənməsi idi. MB valyutaların dəyərinin bütün tərəflər üçün münasib olan səviyyədə saxlamaq məqsədi ilə qızılın həcmini tənzimləyirdi. Bəzi dövlətlər, məsələn Belçika və Fransa bu qaydalara tabe olmurdular. Bununla belə, sistemin işləməsi üçün bütün tərəflərin razılığı lazımdır, və bu qızıl standarta da aiddir.

Qızıl standartla əlaqədar daha bir problem onun uzun müddətli perspektivdə sabitliyi təmin etmək qabiliyyətidir, lakin qısa müddətli iqtisadi şok vəziyyətlərdə, o əlverişsiz şəraitin qarşısında dura bilmir. Məsələn, oxşar hadisə 1968-ci ildə Kaliforniyada qızıl yataqları tapıldıqda qiymət sıçrayışları və qeyri sabitlik əmələ gətirən pul axını baş vermişdi. Qızıl standartın fəaliyyəti zamanı dünya iqtisadiyyatı sarsıntılardan xilas ola bilməməişdir, və bu standartın lazımi səviyyədə saxlanması üçün edilən bütün cəhdlər uğursuz olmuşdur.

“Sakit liman”

Qızıl standartı olmayan azad bazar şəraitində, sarı metal investorlar üçün özünə məxsus “sakit liman” olur.  Eyni zamanda hesab edilir ki, qiymətli metala olan investisiya marağı qeyri-sabitlik dövrlərində özünü daha güclü nümayiş edir, çünki aktivləri qismən yaxud tamamilə iqtisadi sarsıntılardan müdafiə etmək qabiliyyətindədir.

Yuxarıda qeyd edildiyi kimi, şok vəziyyəti hər bir iqtisadiyyata hər zaman aid ola bilər. Ən yaxşı investisiya xaricdən alınan mallardan valyuta məzənnələri fərqi hesabına gələn qazancın olduğu məqam və qızıla qoyulan pul eyni prinsipdə işləyir. Bununla bərabər bəzi dövrlərdə qızıl saxlamaq əlverişlidir, digər dövrdə isə yox. Sarı metal qızıl standartın olmadığı halda digər vasitələr kimi eyni iqtisadi faktorların təsiri altında olur və onunla alveri valyuta ilə alver kimi etmək lazımdır.

Sistemin necə olduğuna baxmayaraq, onun mövcud olması birmənalı olaraq investorların ona olan inamlarından asılıdır. Qızıl standarta inanırlar, çünki o kağız pulların təminatlı olması illüziyasını yaradır. Lakin qızılla nahar etmək, qızıldan tikmək mümkün deyil, bu səbəbdən onun dəyəri bazar oyunçularının təsəvvürlərindən irəli gəlir. Azad  bazar şəraitində qızıl onunla alver edənlər üçün valyuta rolu oynayır,  halbuki digər investorlar malın və xidmətin alınması üçün ödəmə vasitəsi kimi keşə daha çox etibar edirlər. Bu inamlar ancaq malı irəli aparan reklam vasitəsi ilə qüvvətləndirilmir, o həmçinin nağd pulun ödəmə vasitəsi olması fikrini təsdiq edərək, onun qiymətini təklif edir.   Qızıl bu sistemdə ayrıca durur və ancaq şərait və bazar vəziyyəti bu çevrilişə səbəb olduğu halda, ödəniş vasitəsi rolu oynayır.

İnvestorlar qızıl aktivləri iqtisadi fəlakətlərdən sığorta olunmaq niyyəti ilə alırlar, lakin onlar unutmamalıdırlar ki bu gün qızıl mənfəət gətirir, sabah isə əksinə ola bilər.

Həm keş, həm də sarı metal enib-qalxmaya meyillidir, lakin investorlar bilməlidirlər ki: əsasən qızıla pul qoymaq ancaq uzun müddətli perspektivdə yaxşıdır.

Son xəbərlər
Digər xəbərlər