Qarabağ və Şərqi Zəngəzurda əhalinin 80%-dən çoxunun məşğulluğu təmin edilib

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində məskunlaşmış və iqtisadi fəal şəxslərin 80%-dən çoxunun məşğulluğu təmin edilib.

Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahib Babayev Milli Məclisin bu gün keçirilən plenar iclasında – dövlətə məxsus sosial fondların 2025-ci il dövlət büdcələri haqqında qanun layihələrinin müzakirəsi zamanı bildirib.

Onun sözlərinə görə, Qarabağ və Şərqi Zəngəzurda digər şəxslərin də məşğulluğunun təmin olunması istiqamətində işlər aparılır.

MənbəREPORT
Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər