Milli Məclisin (MM) bu gün keçirilən plenar iclasında “İşsizlikdən sığorta fondunun (İSF) 2025-ci il büdcəsi haqqında” qanun layihəsi müzakirə edilərək I oxunuşda qəbul olunub.
Sənədi ötən gün Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev təqdim edib.
Fondun 2025-ci il üçün gəlirləri və xərcləri bərabər olmaqla 260,7 milyon manat proqnozlaşdırılır ki, bu da 2024-cü ilin büdcəsinə nisbətən 9,5% çoxdur.