9 C
Baku
Wednesday, November 27, 2024

Bu il Rusiya regionundan Azərbaycana 100 tondan çox ət konservi ixrac edilib

Rusiyanın Kurqan vilayətinin müəssisələri bu ilin əvvəlindən Azərbaycana 100,8 ton ət konservi tədarük edib.

Bu barədə “Rosselxoznadzor”un məlumatında bildirilib.

Bildirilir ki, noyabrın 26-da “Rosselxoznadzor”un Ural Regional İdarəsinin nəzarəti altında Kurqan vilayətindən Azərbaycana 16,6 ton ət konservi ixrac edilib.

Məhsullar əvvəlcədən Rusiyanın müvafiq müəssisələrinin birində lazımi laboratoriya sınaqlarından keçib. Mütəxəssislər idxalçı ölkənin keyfiyyət və təhlükəsizlik tələblərinə uyğunluğunu təsdiqləyiblər.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər