9 C
Baku
Wednesday, November 27, 2024

Turistlər bu il bank kartları ilə 2.24 mlrd. manatlıq əməliyyat aparıblar

Azərbaycana gələn xarici vətəndaşlar bank kartları ilə 2024-cü ilik oktyabr ayında 252.9 milyon manat həcmində əməliyyat ediblər.  

Banker.az bunu Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Bunun da 147.4 milyon manatı “Visa” və 101.4 milyon manatı isə “MasterCard” ilə aparılıb.

Bununla da ilin ilk 10 ayında əcnəbilər 2 milyard 241.4 milyon manat ekvivalentində bank kartları ilə xərc çəkmiş olublar.

Bu da keçən ilin müvafiq dövründən 602.80 milyon manat və ya 37% çoxdur.

Belə ki, 2023-cü ilin müvafiq müddətində əcnəbilərin kartlarla əməliyyatları 1 milyard 638.6 milyon manat təşkil edib.

343432

Son xəbərlər
Digər xəbərlər