10 C
Baku
Thursday, November 28, 2024

Qazaxıstana BRİCS-in tərəfdaş dövləti statusu almaq üçün dəvət göndərilib

“Qazaxıstana BRİCS-in tərəfdaş dövləti statusu almaq üçün dəvət göndərilib”.

Bunu Rusiya Prezidenti Vladimir Putin Astanada səfəri zamanı açıqlayıb.

“BRICS liderlərinin görüşündə yeni kateqoriyanın – assosiasiyamızın tərəfdaş dövlətlərinin yaradılması qərara alınıb. Bu kateqoriyaya namizəd ölkələrin siyahısı razılaşdırılıb və Qazaxıstana bu vəzifədə BRİCS-ə qoşulmaq üçün dəvət göndərilib”, – deyə, Putin bildirib.

Daha sonra Rusiya lideri Tokayevi Sankt-Peterburqda MDB ölkələri liderlərinin Yeni il öncəsi qeyri-rəsmi görüşünə və Moskvada keçiriləcək “Böyük Vətən Müharibəsi”ndə Qələbənin 80 illiyinin qeyd edilməsi münasibətilə baş tutacaq tədbirə dəvət edib.

Xatırladaq ki, Rusiya xarici işlər nazirinin müavini Aleksandr Pankin noyabrın 15-də Tailand, İndoneziya və Malayziyanın BRİCS-in yeni tərəfdaşları olduğunu açıqlayıb.

Son xəbərlər
Digər xəbərlər