8.6 C
Baku
Thursday, November 28, 2024

“İş yerləri olsa da, ya maaş qane etmir, ya da başqa səbəblər olur” – Musa Quliyev

“İşsizliklə bağlı söhbət qaldırıldı. Azərbaycanda rəsmi işsizlik 6%-dən yuxarı deyil”.

Bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bu gün keçirilən komitə iclasında bildirib.

“Ola bilsin ki, bu göstərici pandemiya dövründə bir qədər yüksəlmişdi, amma 5-6% arasında dəyişir. Bu, dünyada yaxşı göstəricilərdən sayılır. Lakin seçicilərimiz bu barədə bizə müraciət edirlər. Biz də məşğulluq xidməti ilə əlaqə saxlayırıq, iş yerləri var, heç vaxt demirlər ki, iş yeri yoxdur. O iş yerinə ya həmin ixtisas uyğun gəlmir, ya maaş vətəndaşı qane etmir, ya da başqa səbəblər olur.

Kənd yerində böyük bir sənaye obyekti qurmayacaqsan ki? Fermer təsərrüfatı, bağı, bostanı, mal-heyvanı var. Kəndin ənənəvi məşğulluq sahəsi budur. Təzədən orada onun arzu etdiyi iş yerini açmaq, heç bir ölkənin siyasətində yoxdur. Buna görə də iş yerləri ilə bağlı vətəndaşlarımızı maarifləndirmək lazımdır. İşsizlikdən Sığorta Fondunun gələnilki vəsaitindən 55%-i yalnız bu sahəyə ayrılacaq”, – deyə komitə sədri vurğulayıb.

Son xəbərlər
Digər xəbərlər