Yaponiya Dünya Bankının layihələri vasitəsilə Ukrayna büdcəsinə 235 milyon dollar güzəştli maliyyə vəsaiti köçürüb.
Bu barədə “Ukrinform” agentliyi məlumat yayıb. Bildirilib ki vəsaitlər sahibkarlığın və təhsilin dəstəklənməsi sahələrində mülki layihələrin həyata keçirilməsi üçün nəzərdə tutulub.
Xatırladaq ki, 2022-ci ilin fevral ayından Ukrayna sosial və humanitar xərclər üçün Dünya Bankı vasitəsilə 40 milyard dollardan çox vəsait alıb.