8 C
Baku
Thursday, November 28, 2024

Bu şəxslər Türkiyəyə şəxsi avtomobilləri ilə gedə bilərlər

Əhalini Sədərəkdən Türkiyə ilə keçid məntəqəsinə rahat gedib-gəlməsi üçün avtobusla təmin etmişik.

Bunu Naxçıvan Muxtar Respublikası rəqəmsal inkişaf və nəqliyyat naziri Rahid Ələkbərli deyib.

Nazir vurğulayıb ki, Naxçıvanda əhalinin güzəranının yaxşılaşdırılması və Türkiyəyə çıxışının təmin olunması məqəsədilə Naxçıvan Muxtar Respublikası qeydiyyatında olan vətəndaşların Türkiyəyə quru yolla keçidi təmin olunur.

“Türkiyəyə avtobus xətləri olmasa da, insanlar öz şəxsi avtomobilləri ilə Türkiyəyə gedib-gələ bilirlər. Lakin Sədərək rayonundan Türkiyə ilə keçid məntəqəsinə gedib-gəlməsi üçün əhalini avtobusla təmin etmişik”, – deyə o qeyd edib.

MənbəTREND
Son xəbərlər
Digər xəbərlər