Enerji Effektivliyi Fondunun vəsaiti yalnız enerji effektivliyi üzrə tədbirlərin təşviqinə yönəldiləcək.
Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Qanun layihəsi enerji effektivliyi fondunun vəsaitlərinin formalaşdırılması və ondan istifadə istiqamətlərinin təkmilləşdirilməsi məqsədilə hazırlanıb.
Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.