“Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxs tender elan edib.
Banker.az xəbər verir ki, tenderdə Qubadlı r.,Zilanlı k.üzrə qeyri yaşayış binalarının, sahədaxili mühəndis kommunikasiya sistemlərinin (su, kanalizasiya, qaz xətləri,elektrik, rabitə şəbəkəsi və kənd daxili yollar) tikinti-quraşdırma işləri nəzərdə tutulur.
Ehtimal olunan qiymət isə 33 216 000 manatdır.