9 C
Baku
Monday, December 23, 2024

18 milyon manatlıq şirkət ləğv edilərək “ATS Food”a qoşulur

“Platek Pact” MMC fəaliyyətinə xitam verilərək “ATS Food” MMC-yə qoşulub.

Banker.az xəbər verir ki, “ATS Food” MMC “Platek Pact” MMC-nin ona qoşulması nəticəsində yenidən təşkil olunduğunu elan edir.

Kreditorlar iki ay ərzində tələblərini AZ5000, Sumqayıt şəhəri, Sülh küçəsi, 76-cı məhəllə, 10D ünvanına bildirə bilərlər.

Qeyd edək ki, “Platek Pact” MMC 2013-cü ildə yaradılıb, nizamnamə kapitalı 18 230 535 AZN təşkil edir və qanuni təmsilçisi Tural Hacıyevdir.

Son xəbərlər
Digər xəbərlər