11 C
Baku
Wednesday, November 13, 2024

Prezidentin köməkçisi: “Azərbaycanda məzənnə idxaldan asılı olaraq dəyişə bilir”

“Hazırda manatı narahat edəcək və Mərkəzi Bankın təcili müdaxiləsini tələb edəcək dalğalanma müşahidə etmirik”. Bunu Azərbaycan Prezidentinin iqtisadi islahatlar üzrə köməkçisi Natiq Əmirov bildirib.

“Azərbaycanda idxalın səviyyəsindən asılı olaraq məzənnə dəyişə bilir. İdxalın həcmi artdıqca, manatın məzənnəsi zəifləməyə doğru gedir. Çünki dollar və digər valyutlara tələbat artır. İdxal azaldıqca isə manat dəyər qazanır. Üzən məzənnə siyasətinin əsası odur ki, yekunda manat öz yerini tapmalıdır”, – deyə N.Əmirov qeyd edib.

“Burada qırmızı xətt ola bilməz, bunu bazar müəyyənləşdirəcək. Manat da bu eniş-yüksəlişlə obyektiv, düzgün yerini tapacaq. Ümumilikdə isə iqtisadiyyata zərər verəcək hədd dövlət üçün qırmızı xətdir və belə hallarda Mərkəzi Bank bazara müdaxilə edir”, – deyə prezidentin köməkçisi əlavə edib.

Rport

Son xəbərlər
Digər xəbərlər