Almaniya Ukraynaya 650 milyon avro məbləğində hərbi yardım göstərməyi planlaşdırır.
Bunu bu gün Ukraynaya səfərə gələn Almaniya kansleri Olaf Şolts deyib.
Onun sözlərinə görə, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüş zamanı elan ediləcək.