İndiyədək satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində vətəndaşlarla 6 minə yaxın kirayə müqaviləsi bağlanılıb.
Bunu keçirilən mediatur zamanı İpoteka və Kredit Zəmanət Fondunun kirayə mənzil departamentinin direktor müavini Aslan Zeynalov deyib.
O bildirib ki, mexanizmdən yararlananların təxminən 70%-i gənclərdir.
Ümumilikdə isə əhaliyə Bakı, Sumqayıt və Xırdalan şəhərləri, habelə Abşeron rayonu üzrə 14 müxtəlif ünvanda satmaq öhdəliyi ilə kirayə mənzillər təklif edilib.