10 C
Baku
Thursday, December 12, 2024

Dünyanın ən böyük hedcinq fondu “Bridgewater” “Nvidia”dakı payını azaldıb

Aktivlərə görə dünyanın ən böyük hedcinq fondu olan “Bridgewater Associates” 2024-cü ilin üçüncü rübündə “Nvidia”dakı payını azaldıb və “Palantir Technologies”, AMD, “Super Micro Computer” kimi texnoloji şirkətlərin səhmlərini alıb.

Məlumata görə, “Bridgewater” “Nvidia”nın 1.8 milyon səhmini satıb. Rübün sonunda o, qrafik prosessor istehsalçısının 4.8 milyon səhminə sahib olub. Qeyd edək ki, noyabrın 29-da ticarətin sonunda “Nvidia” səhmləri 138.25 dollar (+2.15%) dəyərində olub.

“Bridgewater” “Super Micro”nun 1.45 milyon səhmini alıb: fond hazırda o, şirkətin 1.611 milyon səhminə sahibdir. “Super Micro”nun səhm qiyməti 2024-cü ilin əvvəli ilə sentyabrın sonu arasında 46% artıb, lakin dördüncü rübdə 22% azalıb.

“Bridgewater” həmçinin “Palantir”in 437 268 səhmini alıb: fondun şirkətdəki payı indi 523 548 səhmdir. Noyabrın 29-da ticarətin sonunda “Palantir” səhmləri 67.08 dollara (+1.56%) düşüb.

“Bridgewater” üçüncü rübdə AMD-nin 364 292 səhmini satın alaraq payını 1.5 milyon səhmə çatdırıb. AMD səhmləri 2024-cü ilin ilk üç rübündə 11% artsa da, dördüncü rübdə 16% azalıb. Noyabrın ortalarında şirkət işçi qüvvəsinin 4%-ni – təxminən 1040 nəfəri ixtisar etmək niyyətində olduğunu açıqlayıb. Noyabrın 29-da AMD səhmləri 137.18 dollar (+0.69%) dəyərində olub.

Noyabrda “Nvidia” dünyada kapitallaşmaya görə birinci yeri tutub. Ayın əvvəlində şirkətin bazar dəyəri 3.6 trilyon dolları keçərək tarixi maksimuma yüksəlib. 29 noyabr tarixinə “Nvidia”nın kapitallaşması 3.587 trilyon dollar bazar dəyəri ilə “Apple”dan geri qalaraq 3.386 trilyon dollar təşkil edib.

Son xəbərlər
Digər xəbərlər