5 C
Baku
Monday, December 23, 2024

Çin ABŞ-nin yeni sanksiyalar siyahısına daxil olan banklardan ödənişləri bloklayır

Çin bankları ABŞ sanksiyaları çərçivəsində Rusiya kredit təşkilatları ilə əməkdaşlıqdan imtina etməyə başlayıb. Məlumata görə, “Bank of China” Rusiyadan ödənişləri qəbul etməyi artıq dayandırıb.

“Bank of Kunlun” da sanksiyalara məruz qalan Rusiya banklarından ödənişlərin qəbulunu dayandırmaq üçün bildirişlər göndərməyə başlayıb.

Noyabrın 21-də ABŞ Maliyyə Nazirliyi Rusiyaya qarşı sanksiyalar siyahısını genişləndirərək bir sıra hüquqi şəxsləri, o cümlədən “Qazprombank”ı da əhatə etməyə başlayıb. Nəticədə dünya üzrə kredit təşkilatları, o cümlədən Çin bankları “UnionPay” kartlarına xidmət göstərməkdən imtina edir. Bu kartların istismarı ilə bağlı problemlər xüsusilə Macarıstan, Almaniya, Qazaxıstan, BƏƏ, Türkiyə və Tailandda qeydə alınıb.

Son xəbərlər
Digər xəbərlər