Cari ilin yanvar-fevral ayları ərzində Bakı Fond Birjasında (BFB) bütün alətlər üzrə keçirilən əqdlərin ümumi həcmi 332 138 667,83 manat təşkil edib. “Report”un Birjaya istinadən verdiyi xəbərə görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə kəskin azalma (-11,5 dəfə) müşahidə olunub. Ötən ilin müvafiq dövründə bu göstərici 3 824 311 405,73 manat olub.
Hesabat dövründə dövlət qiymətli kağızlar bazarı 4,7 dəfə artaraq 14 914 881,15 manatdan 69 326 841,05 manata çatıb. Pay bazarı 4 dəfə azalaraq 22 001 097,21 manatdan 5 547 428,41 manata, borc alətləri bazarı 33 dəfə azalaraq 452 175 136,78 manatdan 13 646 642,07 manata enib.