Azərbaycan Mərkəzi Bankı kommersiya banklarından dələduzluq halları ilə bağlı statistik məlumatların verilməsini tələb edəcək.
Bunu Mərkəzi Bankın ödəniş sistemləri və hesablaşmalar departamentinin direktor müavini Ramil Mahmudov jurnalistlərə açıqlaması zamanı deyib.
O bildirib ki, bu prosesə gələn ildən etibarən başlanılacaq.