10 C
Baku
Thursday, December 12, 2024

2026-ci ilə qədər bağçalarda sertifikasiya imtahanı keçiriləcək

2026-ci ilə qədər bağçalarda sertifikasiya imtahanı keçiriləcək.

Bu barədə elm və təhsil naziri Emin Əmrullayev “Məktəbəqədər təhsildə keyfiyyətə yeni baxış” adlı beynəlxalq konfransda çıxışı zamanı deyib.

Nazir qeyd edib ki, məktəbəqədər təhsil müəssisələrində diaqnostika prosessi bitib.

“Həmin insanlara müvafiq təlimlər veririk. 2026-ci ilə qədər bağçalarda sertifikasiya imtahanı keçiriləcək. Bağçalarda ən vacib məsələ mütəxəssislərin hazırlanmasıdır.

Digər bir məsələ isə savadlı valideynlərin olması, övladları ilə aşağı yaşlardan məşğul olması təhsilin bir komponentidir”,- deyə o bildirib.

MənbəTREND
Son xəbərlər
Digər xəbərlər