7 C
Baku
Thursday, December 5, 2024

Alkoqollu içkiləri müəyyən edilmiş minimum qiymətdən aşağı satanlar 2 min manatadək cərimələnəcək

Alkoqollu içkilərin müəyyən edilmiş minimum qiymətdən aşağı qiymətə satılmasına görə yeni cərimə müəyyən edilir.

Bu, İnzibati Xətalar Məcəlləsinə əlavə edilməsi təklif edilən yeni – 455-1-ci maddəsində əksini tapıb.

Layihəyə əsasən, pərakəndə satışının minimum qiyməti müəyyən edilmiş alkoqollu içkilərin həmin qiymətdən aşağı qiymətə satılmasına görə fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər səkkiz yüz manat məbləğində, hüquqi şəxslər iki min manat məbləğində cərimə edilir.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər