Azərbaycanda mikro, kiçik və orta biznes (KOB) 2023-cü ildə 5 milyard 488 .19 milyon manat həcmində ümumi mənfəət əldə ediblər.
Banker.az-ın əldə etdiyi məlumata əsasən, bu da 2022-ci ildə qeydə alınmış 4 mlrd. 918.44 mln. manatla müqayisədə 12 faizdir.
Ümumi mənfəət şirkətlərin məhsul və ya xidmət satışdan əldə edilmiş gəlirlər ilə onun maya dəyəri arasında olan fərqdir.
Biznes subyektlərindən mikro biznesin ümumi mənfəəti 283.85 mln. manat, kiçik bizneslərin gəlirləri 1 mlrd. 295.44 mln. manat və orta bizneslər isə 3 mlrd. 908.9 mln. manat təşkil edib.
KOB-ların rentabellik səviyyəsi 2022-ci ildə 23.9 faiz olduğu halda, 2023-cü ildə bu rəqəm 24.8 faizə qalxıb.
Nazirlər Kabinetinin 2018-ci ildən başlayaraq sahibkarlıq subyektlərinin meyarları bu qaydada müəyyən olunub:
Sahibkarlıq subyektlərinin ölçüsünə görə kateqoriyaları | İşçilərinin orta siyahı sayı
(nəfər) |
İllik gəliri (ig)
(min manat) |
Mikro sahibkar | 1 – 10 | ig ≤ 200 |
Kiçik sahibkar | 11 – 50 | 200 < ig ≤ 3.000 |
Orta sahibkar | 51 – 250 | 3.000 < ig ≤ 30.000 |