Azərbaycandan Rusiyaya Türkiyə istehsalı məhsullar ixrac edilmir.
Trend-in məlumatına görə, bunu Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev jurnalistlərə deyib.
Onun sözlərinə görə, gömrük orqanları məshulların ixracı zamanı mütləq qaydada məhsulun mənşəyi barədə sertifikatın təqdim edilməsini tələb edir: “Biz özümüz bu istiqamətdə ciddi yoxlama aparırıq və sizi əmin edə bilərəm ki, Azərbaycandan Rusiyaya Türkiyə mənşəli məhsullar ixrac edilmir”.