Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Neft-qaz və neft-kimya Kompleksinin tikintisi layihəsinin icrasını dayandırmayıb. Verilən xəbərə görə, bu barədə jurnalistlərə açıqlamasında SOCAR prezidenti Rövnəq Abdullayev deyib.
R.Abdullayev qeyd edib ki, layihəyə Çinin şirkətləri və ixrac-idxal bankları böyük maraq göstərir, onlarla danışıqlar aparılır: “Sadəcə, “Mitsui” şirkətinin təklifləri səmərəli hesab edilmədiyi üçün təklifin yenidən nəzərdən keçirilməsi bildirilib. Təkliflər yenidən baxıldıqdan, onlarla danışıqlar aparılacaq”.
Şirkət rəhbəri həmçinin bildirib ki, SOCAR Rusiya və İrandan 3 mlrd. kubmetr həcmində təbii qazın alınması üçün danışıqlar aparır.
Report