Kakao fyuçersləri Qərbi Afrikada istehsal perspektivlərinin pisləşməsi fonunda son yeddi ayın ən yüksək səviyyəsinə çatıb. Bu, ən çox kakao hasil edən Kot-d’İvuar və Qanada şiddətli hava şəraiti ilə əlaqəli olub.
Ən aktiv kontrakt 5.4% artaraq bir ton üçün 10.380 dollara çatıb ki, bu da aprelin 29-dan bəri ən yüksək göstəricidir.
“Maxar Technologies Inc.” sinoptikinə görə, aşağı torpaq rütubəti və minimal yağıntı ilin ortalarına qədər məhsul artımını məhdudlaşdıracaq. Nyu-Yorkda kakao fyuçersləri 4.6% artaraq bir ton üçün 10.305 dollara çatıb, Londonda isə artım 4.4% təşkil edib.