“Qala Sığorta” ASC-yə yeni Baş risk inzibatçısı təyin edilib.
Banker.az xəbər verir ki, bu vəzifə Famil Əliyeva həvalə olunub.
Famil Əliyev 2023-cü ilin oktyabr ayından indiyə qədər “Qala Sığorta”da Strateji planlaşdırma, avtomatlaşdırma və təhlil departamentinin rəhbəri, 2016-cı ilin mayından 2023-cü ilin oktyabrna kimi isə Strateji planlaşdırma, təhlil və avtomatlaşdırma şöbəsinin müdiri kimi çalışıb.
O, 2003-2007-ci illərdə Bakı Dövlət Universitetində “İnformasiya Texnologiyaları” üzrə bakalavr təhsili alıb.
Xatırladaq ki, “Qala Sığorta” şirkəti 1999-cu ildən fəaliyyət göstərən “Çartis-Azərbaycan” şirkətinin bazasında yaradılıb. Onun nizamnamə kapitalı 10 017 788 manatdır.