12 C
Baku
Wednesday, December 11, 2024

“PAŞA Bank”a yarandığı gündən rəhbərlik edən Fərid Axundov bankdan ayrılır

17 ildir “PAŞA Bank” ASC-də rəhbər vəzifələrdə çalışmış Fərid Axundov 1 yanvar 2025-ci ildən etibarən bankın Müşahidə Şurasından ayrılacağını elan edib.

Banker.az Axundovun açıqlamasına istinadən xəbər verir ki, o, Bakı Fond Birjasının rəhbərliyində karyerasına davam edəcək. F.Axundov 2024-cü ilin avqustundan BFB-nin Müşahidə Şurasına rəhbərlik edir.

“2007-ci ildə bankın ilk Baş icraçı direktoru kimi fəaliyyətə başlamaqdan tutmuş, təxminən on il Müşahidə Şurasında çalışmağa qədər bu yol böyümə, öyrənmə və böyük qürurla dolu bir səyahət oldu. Azərbaycanda aparıcı maliyyə qurumuna çevrilməsinin şahidi olmaq mənim üçün həm bank mütəxəssisi, həm də bu gözəl ölkənin vətəndaşı kimi böyük fəxr mənbəyidir”, – deyə bankir bildirir.

Qeyd edək ki, bank 2007-ci ildə təsis edilib və Fərid Axundov bankın İdarə Heyətinin ilk sədri olub.

Bankir transformasiya vizyonuna töhfə verməkdən şərəf duyduğunu və Azərbaycanın maliyyə sektorunda irəliləyiş və yeniliyi dəstəkləməyə dərindən sadiq qalacağını bildirib.

Son xəbərlər
Digər xəbərlər