10 C
Baku
Wednesday, December 11, 2024

OPEC noyabrda Azərbaycanda gündəlik neft hasilatı üzrə göstəriciləri açıqlayıb

Bu ilin noyabr ayında Azərbaycanda gündəlik neft hasilatı orta hesabla 483 min barel səviyyəsində olub, bu da oktyabr ayının göstərici ilə müqayisədə 3 min barel azdır.

Bu barədə Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) aylıq hesabatında bildirilib.

Hesabata əsasən, qeyd olunan göstərici cari ilin avqust ayında 482 min barel, sentyabr ayında – 488 min barel, oktyabr ayında isə 486 min barel təşkil edib.

Sənəddə bildirilir ki, bu ilin üçüncü rübündə Azərbaycanda ortalama gündəlik neft hasilatı 486 min barel, ikinci rübündə 475 min barel, birinci rübündə isə 477 min barel təşkil edib.

Qeyd edək ki, “OPEC+” (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) ölkələri nazirlərinin 38-cı iclasında əldə edilmiş razılaşmaya görə, 2026-cı ilin sonunadək Azərbaycanın hasilat kvotası gündəlik 551 min barel təşkil edir.

Beləliklə, Azərbaycan noyabr ayında “OPEC+” çərçivəsində kvotasından 68 min barel geridə qalıb.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər