Çinin Fuşun şəhəri ölkədə əhalinin qocalması və gənclərin sayının kəskin aşağı düşməsi simvoluna çevrilib, “The Wall Street Journal” yazır. Fuşun əvvəllər dövlət investisiyaları və əhaliyə nəzarət sahəsində lider şəhərlərdən biri olsa da, indi iqtisadi və demoqrafik gərginliklə üz-üzədir.
Mütəxəssislərin fikrincə, yaxın 10 ildə bütün Çin şəhərləri bu problemlə üzləşəcək. O da qeyd olunur ki, Fuşunda doğum səviyyəsi bir qadına 0.7 təşkil edir. Çin üzrə bu göstərici 2.1 olaraq qiymətləndirilir.
Keçmişdə Fuşun Çinin on ağır sənaye şəhərlərindən biri olub. Lakin mədənlərin və neft emalı zavodlarının bağlanmasından sonra yerli iqtisadiyyat son on ildə 25% kiçilib. Şəhər hazırda mərkəzi hökumətin subsidiyaları hesabına yaşayır.
Çinin əhalisi 2022-ci ildə azalmağa başlayıb və 2035-ci ilə qədər ölkədə demoqrafik vəziyyət Fuşundakı ilə eyni olacaq, burada əhalinin üçdə biri 60 yaşdan yuxarı yaşlı insanlardır, Amerika nəşriyyatı yazır.