“Crystal Şirkətlər Qrupu”nun iki törəmə şirkətinin direktoru dəyişib.
Banker.az xəbər verir ki, “Crystal Beton” QSC-nin direktoru Emil Qəmbərov Əziz oğlu vəzifəsindən azad edilib, onu Baxış Əliyev Akif oğlu əvəz edib.
Digər məlumata əsasən isə “Crystal Qum-Çınqıl” QSC-nin direktoru Qəzənfər Süleymanov Ənvər oğlu vəzifəsindən ayrılıb, onu bu vəzifədə Ələddin Həsənli Ələkbər oğlu əvəz edib.
Xatırladaq ki, hər iki şirkət “Crystal Group of Companies” ASC-yə daxildir. “Crystal Group of Companies” ASC 20 ildən artıqdır ki, ölkənin beton, mebel istehsalı, tikinti-inşaat və plastik qapı-pəncərə sistemləri sahəsində fəaliyyət göstərir.