10 C
Baku
Thursday, December 12, 2024

Azərbaycanın aqrar biznesləri 320 mln. manat mənfəət əldə ediblər

Azərbaycanda 2023-cü ildə aqrarbizneslər 1 milyard 631 milyon manatlıq gəlir əldə etməklə 2022-ci ili üstələyib.

Banker.az bunu Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Bu da aqrar bizneslərin keçən ilki göstəricidən 246.76 mln. manat və ya 18% artımı deməkdir.

Aqrar bizneslərin gəlirlərinin əsas hissəsini malların satışı, işlərin görülməsi və xidmətlərin göstərilməsindən gəlirlər təşkil edib. Bu gəlirlər illik 18 faiz artım göstərək hesabat ilinin sonuna 1 mlrd. 557 mln. manat üzərində olub.

Sahibkarlıq subyektlərin xərclərinin əsas hissəsi əməliyyat xərcləri təşkil edir. Əməliyyat xərclərinin 673 mln. manatı xammal və material xərcləri, yalnız 190 mln. manatını əmək haqqı ödənişlərindən ibarətdir.

Beləliklə, hesabat müddətində aqrobizneslər 375 milyon manat mənfəət əldə etmiş olub. Bu 2022-ci ildəki 320 mln. manatdan 55 mln. manat və ya 17% çoxdur. Hesabatda qeyd edilir ki, mənfəətin 3 mln. manatı mikro, 52 mln. manatı kiçik və 122 mln. manatı isə orta biznesin payına düşür.

Şirkətin bölüşdürülməmiş mənfəəti 214 mln. manatdan 266 mln. manata qalxıb.

Nazirlər Kabinetinin 2017-ci il tarixli qərarına görə, mikro sahibkarlıq dedikdə işçi sayı 1-10 nəfər, illik dövriyyəsi 200 min manatadək, kiçik sahibkarlıq işçi sayı 11-50 nəfər, illik dövriyyəsi 200 min -3 milyon manatadək, orta sahibkarlıq 51-250 nəfər, illik dövriyyəsi 3 mln. manatdan 30 mln. manatadək, iri sahibkarlıq 251 nəfərdən yuxarı işçi sayı və 30 mln. manat illik gəlir kimi meyarla hesablanır.

rrr

Son xəbərlər
Digər xəbərlər