2024-cü ilin yanvar-noyabr aylarında pərakəndə ticarət şəbəkəsində (apteklərdə) 1 144.6 milyon manatlıq əczaçılıq məhsulları və tibbi ləvazimatlar satılıb.
Banker.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, satış 2023-cü ilin yanvar-noyabr aylarına nisbətən 0.7% azalıb.
Bu ilin 11 ayında alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 2.1 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatlarının alınmasına sərf olunub.