3 C
Baku
Saturday, December 14, 2024

Avstriya vətənlərinə qayıtmaq istəyən suriyalılara 1000 avro ödəyəcək

Avstriya vətənlərinə qayıtmaq istəyən suriyalılara 1000 avro ödəyəcək.

Bu barədə Avstriya kansleri Karl Nehammer özünün “X” hesabında bildirib.

“Avstriya evlərinə qayıtmaq istəyən suriyalılara 1000 avro məbləğində ödənişlə dəstək verəcək. Ölkə bərpa dövründə öz vətəndaşlarına ehtiyac duyur”, – deyə o paylaşımında yazıb.

Kansler, həmçinin əlavə edib ki, Avstriyada suriyalıların sığınacaq üçün müraciətlərinə baxılması prosesi hələ də dondurulub.

Son xəbərlər
Digər xəbərlər