7 C
Baku
Monday, December 16, 2024

Azərbaycanda gələn il su təsərrüfatına büdcədən 546 mln. manat xərclənəcək

2025-ci ildə Azərbaycanda dövlət büdcəsindən su ehtiyatlarından səmərəli istifadə, fermerlərin suvarma suyu ilə təchizatı və suvarma sahələrinin genişləndirilməsi üçün növbəti ilin dövlət büdcəsindən 546 milyon manat ayrılacaq.

Bunu Baş nazir Əli Əsədov Milli Məclisin bugünkü plenar iclasında 2025-ci ilin dövlət büdcəsi zərfinin üçüncü oxunuşda müzakirəsi zamanı deyib.

“Su təsərrüfatında yaranmış problemlərin həlli su resurslarının məhdudluğu şəraitində Hökumət qarşısında duran ciddi vəzifələrdən biridir. Prezident oktyabrın 10-da “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya”nı təsdiq edib. Sənəd 2024−2040-cı illəri əhatə etməklə ölkədə su ehtiyatlarının artırılması, su itkilərinin azaldılması, su sahəsində infrastrukturun və idarəetmənin təkmilləşdirilməsi tədbirlərini nəzərdə tutur”, – deyə o qeyd edib.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər