İranın Çinə xam neft ixracatı ABŞ-ın tankerlərə qarşı genişlənmiş sanksiyaları səbəbindən pozulub.
Banker.az Bloomberg-ə istinadən xəbər verir ki, bu barədə “Vortexa Ltd.” məlumat verib və bildirilib ki, bu, OPEC istehsalçısının ən vacib müştərisinə neft axınını çətinləşdirir.
Noyabr ayına aid bəzi yüklər, oktyabr ayında baş verən bir sıra çatdırılma pozuntularından sonra hələ də təhvil verilməyib. Bu barədə “Vortexa” şirkətinin baş analitiki Emma Li məlumat verib. Onun sözlərinə görə, ən azı 191 iri xam neft tankeri ABŞ-ın sanksiya siyahısındadır.
“Son ABŞ tanker sanksiyaları İran tankerlərinin Şandun limanlarına daxil olmasını yavaşlatdı, çünki Çinli alıcılar getdikcə daha çox yüklərin sanksiyaya məruz qalmayan gəmilərlə çatdırılmasını tələb edirlər,” – deyə, Li bildirib.
Xam neft axınındakı bu pozuntular səbəbindən əlavə idxal kvotaları verilmiş bəzi özəl Çin emal müəssisələri kvotalarını tam şəkildə istifadə etməkdə çətinliklərlə üzləşə bilər.