13 C
Baku
Sunday, September 29, 2024

Dünya Bankı: ​Dollar kreditlərindən yaranan zərəri hamı çəkməlidir

Azərbaycanda dollar kreditləri ilə bağlı məsuliyyət kreditləşmə prosesində iştirak edən bütün tərəflər arasında bərabər bölüşdürülməlidir. Milli valyutanın devalvasiyasının bu sahəyə yetirdiyi zərər kreditləşmənin iştirakçısı olan üç tərəf – kreditor (bank və s.), kreditalan və dövlət arasında bərabər paylanmalıdır. Bunu agentliyə açıqlamasında Dünya Bankının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Larisa Leşçenko deyib. 

L.Leşçenkonun sözlərinə görə, bu prosesdə kredit götürən də mütləq qaydada məsuliyyətin bir hissəsini öz üzərinə götürməlidir: “Çünki məzənnənin uzun müddət sabit olmasının yaratdığı əminliyə baxmayaraq, vətəndaşlar uzunmüddətli gəlir profillərinə diqqətlə yanaşmalı və mümkün riskləri nəzərə almalı idilər”.

Larisa Leşçenko
Larisa Leşçenko

“Banklara gəldikdə isə, onlar son illərdə yüksək faiz dərəcələrindən faydalanıb və indi də öz müştərilərinə güzəşt etməyi nəzərdən keçirə bilərlər”, – deyən Bank rəsmisi qeyd edib.

Dövlətin də dollar krediti sahiblərinə yardım etməsinin zəruriliyi Dünya Bankının Bakı ofisinin rəhbəri tərəfindən xüsusi vurğulanıb.

Report

Son xəbərlər
Digər xəbərlər