10 C
Baku
Tuesday, December 17, 2024

Son dörd ildə icbari tibbi sığorta sisteminin investisiya gəliri 135,5 milyon manat təşkil edib

2020-ci ildən etibarən, icbari tibbi sığortanın maliyyə dayanıqlığını təmin etmək məqsədilə həyata keçirilən investisiyalar nəticəsində 135,5 milyon manat gəlir əldə olunub.

Bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi İdarə Heyətinin sədri Zaur Əliyev qurumun ilin yekunları ilə bağlı keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, bu il üçün həmin rəqəm 74,2 milyon manat təşkil edir:

“İnvestisiyalardan əldə olunan hər bir vəsaitdən sığortaolunanlara daha keyfiyyətli tibbi xidmətlərin göstərilməsi məqsədilə istifadə olunur”.

Sədr əlavə edib ki, ümumilikdə səhiyyəyə ayrılan vəsaitin həcmi 2,8 milyard manatı ötür:

“Bu vəsaitlərin əsas hissəsini dövlət büdcəsindən səhiyyəyə ayrılan vəsait, işəgötürən və işçi tərəfindən ödənilən sığortahaqları təşkil edir.

Agentlik 2020-2023-cü illər və 2024-cü ilin ilk on ayı ərzində dövlət tibb müəssisələrini 400 milyon manatdan çox dərman və tibbi ləvazimatla təmin edib”.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər