9 C
Baku
Wednesday, December 25, 2024

Azərbaycan gömrüyü 11 ayda büdcəyə proqnozdan 150 mln. manat artıq vəsait köçürüb

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanın dövlət büdcəsinə gömrük daxilolmaları 6 milyard manatı üstələyib.

Bunu Dövlət Gömrük Komitəsi sədrinin müavini Natiq Şirinov Bakıda keçirilən Gömrük-Biznes Forumu çərçivəsində panel sessiyada bildirib.

Onun sözlərinə görə, bu, 11 aylıq proqnozdan təxminən 150 milyon manat çoxdur.

Bundan başqa, gömrük rəsmisi deyib ki, bu ilin 10 ayında sahibkarlara ümumi dəyəri 2,9 milyard manatdan çox olan güzəştlər tətbiq olunub: “Halbuki, ötən il bu güzəştlərin dəyəri 2,3 milyard manat təşkil edib”.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər