Bu il “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sərnişin daşımalarında rekord göstərici qeydə alınıb.
Səhmdar cəmiyyəti ötən il olduğu kimi bu il də nəzərdə tutulmuş hədəfi aşaraq il ərzində ilk dəfə 8 milyon sərnişin daşıyıb.
Xatırladaq ki, dəmir yolları ilə ölkə daxilində daşınmış sərnişinlərin sayı 2021-ci ildə 2,8 milyon, 2022-ci ildə 5,2 milyon, 2023-cü ildə isə 7,1 milyon nəfər təşkil edib.