-1 C
Baku
Sunday, December 15, 2024

Xoşbəxtliyə doğru 25 sadə addım

1. Musiqi dinləyin. Musiqi əhval-ruhiyyəyə təsir etmək gücünə malikdir. Daha çox sevdiyiniz musiqiləri dinləməyə üstünlük verin.

2. Gündəlik tutun. Öz fikirlərinizə aydınlıq gətirmək və onları bir kağız üzərinə keçirmək üçün bir azca vaxt ayıra bilərsiniz.

Puldan daha vacib olan 15 amil

3. Digərlərinin uğuruna sevinin. Bəzən digər insanların uğurunun qeyd edilməsi, şəxsi nailiyyətlərdən belə daha xoş olur.

4. Gülümsəyin. Əmin olur ki, hər gün az da olsa gülməyə vaxt tapırsınız.

5. Özünüzü bağışlayın. Hər bir insan nəyəsə görə günah hissi keçirməyə meyl edir. Özünüzü bağışlamağa cəhd edin.

6. Heyrətlənin. Əmin olun ki, hər gün müəyyən müddət ərzində sizi məftun edəcək və sizə zövq yaşadacaq bir işlə məşğulsunuz.

7. Fikrinizi dağıdın. Heç olmasa bir neçə anlığa özünüzə vərdiş etdiyiniz narahat həyat tempindən ayrılmaq və dincəlmək imkanı verin.

8. Təbiətdə zaman keçirin. Vacib deyil bu meşədə gəzməkdir, ya sadəcə bir çiçək qoxulamaq, təbiətlə birləşmək üçün vaxt tapın.

9. Özünüzə nəvaziş göstərin. Özünüz üçün nəisə edin, sadəcə ona görə ki, siz buna layiqsiniz.

10. Qürubu seyr edin. Qürub çağı dünyadakı ən gözəl mənzərələrdən biridir.

11. Çılğın və gözlənilməz olun. Hərdən özünüzə şıltaqlıq etmək icazəsi verin, sadəcə ona görə ki, ürəyiniz belə istəyir.

12. Uşaqlarla vaxt keçirin. Uşaqların qayğısız münasibəti və həyat sevgisi sizə də sirayət olunacaq.

13. Yaradıcılıq ilə məşğul olun. Hər hansı bir rəsm çəkməyə və ya hekayə yazmağa çalışın. Fərqi yoxdur, bu necə alınacaq. Əsas odur ki, siz özünüzü ifadə edə biləsiniz.

14. Oynayın, sevdiyiniz oyun ilə məşğul olun. Bu mütləq əhval-ruhiyyənizi qaldıracaq.

15. Kömək istəyin. Əgər sizin köməyə ehtiyacınız varsa, onu istəməkdən çəkinməyin və siz onu lütfkarlıqla alacaqsınız.

16. Arzu qurun. Öz təxəyyülünüzə baş vurun, arzu qurmaqdan, xəyal etməkdən və fantaziyalar uydurmaqdan çəkinməyin.

17. Qucaqlaşın. Fiziki təmas bizim digər insanlara qarşı hissi etdiyimiz bağları daha da gücləndirir.

18. Dərindən nəfəs alın. Dərindən alınmış nəfəs bədəni boşaldır və beyni sakitləşdirir.

19. Vanna qəbul edin. Rahatlaşmaq və isti vanna qəbul etmək üçün vaxt ayırın.

20. Xoşbəxt insanların əhatəsində fırlanın. Sizi əhatə edən mühit sizin özünüzü necə hiss etməyinə təsir göstərir. Ona görə də əmin olun ki, siz özünü xoşbəxt hiss edən insanların əhatəsindəsiniz.

21. Ağac əkin. Yaşıllıq – təbiətə yaxın olmağın və fiziki əmək üçün ən yaxşı vasitədir.

22. Nostalji hisslərə qapılın. Həyatınızın ən gözəl anlarını yadınıza salın və siz də yenə xoş emosiyalar yaranacaq.

23. Digərləri üçün də sevinin. Hər saniyə yer üzündə kimsə aşiq olur, kimsə dünyaya gəlir, kiminsə arzusu həyata keçir. Bunlara sevinməyə çalışın.

24. Yarımçıq qalmış işlərinizi tamamlayın. Uzun müddətdir təxirə saldığınız nə varsa həyata keçirin.

25. Xoşbəxt olmağa qərar verin. Xoşbəxt olmaq üçün bunu sadəcə istəmək lazımdır.

Son xəbərlər
Digər xəbərlər