8 C
Baku
Monday, December 23, 2024

BEA: Kömür istehlakı uzun illər ərzində rekord səviyyəyə yaxın qalacaq

“Qlobal kömür istehlakı bu il 8,7 milyard tonla yeni maksimuma çatır və Rusiya-Ukrayna müharibəsinin səbəb olduğu qlobal qaz böhranı səbəbindən illər boyu rekord səviyyəyə yaxın qalacaq”.

Beynəlxalq Enerji Agentliyinin (BEA) məlumatına görə, Rusiya-Ukrayna müharibəsi dünya bazarında qazın qiymətinin artmasına gətirib çıxandan sonra kömür istehsalı və ticarəti, eləcə də onun əsasında elektrik enerjisinin istehsalı rekord göstəricilərə çatıb.

BEA COVID pandemiyası zamanı enişdən sonra kömürə olan tələbatın bərpası, yanacaq istehlakının ilin sonuna qədər 8,77 milyard tonluq yeni zirvəyə çatmaq yolunda olduğunu və 2027-ci ilə qədər rekord səviyyəyə yaxın qala biləcəyindən xəbər verir.

BEA-nın məlumatına görə, ABŞ və Avropa İttifaqında kömürlə elektrik enerjisi istehsalı artıq pik həddinə çatıb və bu il müvafiq olaraq 5 faiz və 12 faiz azalacağı proqnozlaşdırılır.

Çinin kömür tələbatının 2024-cü ildə 1 faiz artaraq 4,9 milyard tona çatacağı gözlənilir, bu da növbəti rekorddur. Hindistanda tələbat 5 faizdən çox artaraq 1,3 milyard tona çatacaq.

BEA bildirib ki, yaxın illərdə proqnozlaşdırılan bərpaolunan enerji bumu, gözlənildiyi kimi, kömür istifadəsinə məhdudiyyətləri növbəti üç il ərzində qüvvədə saxlayacaq.

MənbəAZƏRTAC
Son xəbərlər
Digər xəbərlər