0 C
Baku
Wednesday, February 12, 2025

İKZF Bakıda kirayəyə vermə mexanizmi üzrə 139 milyon manata yaşayış sahələri alır

Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu (İKZF) “Körpü-Bina-Tikinti” MMC ilə müqavilə bağlayıb.

Banker.az xəbər verir ki, müqavilədə Satmaq öhdəliyi ilə kirayəyə vermə mexanizmi üzrə yaşayış sahələrinin satın alınması-2 nəzərdə tutulur.

Müqavilənin dəyəri isə 138.800.096 AZN təşkil edir.

Vətəndaşların tələbatı nəzərə alınaraq yaşayış sahələrinin satınalınması Bakı şəhəri ərazisi üzrə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 412 nömrəli qərarı ilə təsdiq edilmiş Bakı şəhəri, habelə onun qəsəbə və kəndləri üzrə zonaların sərhədlərinə uyğun olaraq 7-ci və 8-ci zonalar üzrə) həyata keçiriləcəkdir.

Son xəbərlər
Digər xəbərlər