Türkiyədə 1 yanvar 2025-ci il tarixindən etibarən qüvvədə olacaq minimum əməkhaqqı xalis 22 min 104 lirə (1068 AZN) olaraq təyin edilib.
Bu haqda Türkiyənin əmək və sosial müdafiə naziri Vedat İşıqhan açıqlama verib.
Yeni minimum əməkhaqqı rəqəmi ilə hər minimum əməkhaqqı alan şəxs üçün dövlət tərəfindən işəgötürənlərə verilən minimum əməkhaqqı dəstəyi isə 700 lirədən 1000 lirəyə qaldırılıb.