Ötən ay bankların kredit portfeli 288 milyon manata yaxın artıb

Kredit portfelinin artımı cari ilin noyabr ayında da davam edib. Hesabat ayında bankların kredit portfeli 1.1% və ya 287.6 mln. manat artaraq 27,368.1 mln. manat olub.

Banker.az xəbər verir ki, kredit portfelinin strukturu aşağıdakı kimidir:

ı) biznes kreditləri – 53.9% (14,746.7 mln. manat);

ıı) istehlak kreditləri – 30.8% (8,422.9 mln. manat) və

ııı) ipoteka kreditləri – 15.3% (4,198.6 mln. manat).

Cəmi kredit portfelində (BOKT-lər və kredit ittifaqları daxil olmaqla) vaxtı keçmiş kreditlərin payı əvvəlki ilin müvafiq dövrünə nəzərən 0.2 faiz bəndi azalaraq 1.7% təşkil edib.

Son xəbərlər
Digər xəbərlər