11 C
Baku
Friday, December 27, 2024

Tramp Kanada ABŞ-nin 51-ci ştatı olarsa, kanadalılar üçün vergilərin 60%-dən çox azalacağını bildirib

ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp Milad təbrikində Baş nazir Castin Trüdonu qubernator adlandırıb və Kanada ərazilərinin ABŞ-nin 51-ci ştatı olacağı təqdirdə kanadalılar üçün vergilərin 60%-dən çox azaladacağını söyləyib.

Bu barədə Tramp “Truth Social” hesabında yazıb.

“Kanada qubernatoru Castin Trüdo Milad bayramınız mübarək. Vətəndaşlarının vergiləri çox yüksəkdir, lakin Kanada 51-ci ştat olsa, onların vergiləri 60%-dən çox azalacaq, biznesləri ikiqat artacaq”, – deyə o bildirib.

Bundan əlavə, ABŞ-nin yeni seçilmiş prezidenti Panama kanalını ehtiyatla, lakin qeyri-qanuni idarə edən gözəl Çin əsgərlərinin Milad bayramını təbrik edib.

Tramp həmçinin ABŞ-nin milli təhlükəsizlik məqsədləri üçün ehtiyac duyduğu Qrenlandiyaya Milad təbriki göndərib “Biz orada olacağıq”.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər