11 C
Baku
Friday, December 27, 2024

Mərkəzi Bank sığorta sahəsindəki iki şəxsin lisenziyasını ləğv edib

Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun (Qanun) 107.1.1-ci maddəsinə əsasən könüllü müraciət əsasında Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 24 dekabr 2024-cü il tarixli Qərarı ilə siyahıda adı qeyd edilən 1 nəfər fiziki şəxsə sığorta agenti fəaliyyətinə verilmiş lisenziya ləğv edilib.

Həmçinin Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin həmin tarixli Qərarı ilə Qanunun 107.1.3-cü maddəsinə əsasən 12 ay ərzində lisenziyanın qüvvəsinin iki dəfə dayandırılmasına səbəb olmuş halın, lisenziyanın qüvvəsinin həmin hal əsasında sonuncu dəfə dayandırıldığı tarixdən etibarən 9 ay ərzində təkrar yarandığını nəzərə alaraq, siyahıda adı qeyd edilən 1 (bir) nəfər fiziki şəxsə sığorta agenti fəaliyyətinə verilmiş lisenziya ləğv edilib.

“Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 107.1.1-ci və 107.1.3-cü maddələrinə əsasən lisenziyaları ləğv edilən sığorta agentlərinin

SİYAHISI

 

Sığorta agentinin adı Lisenziyanın

tarixi

Lisenziyanın nömrəsi Ləğvin hüquqi əsası
1 Əliyeva Nərgiz Şirin qızı 28.11.2023 SA-0304 “Sığorta fəaliyyəti haqqında” AR Qanunu, 107.1.1-ci maddə
2 Seyfullayeva Qızqayıt Canbaba qızı 18.02.2010 000328 “Sığorta fəaliyyəti haqqında” AR Qanunu, 107.1.3-cü maddə
Son xəbərlər
Digər xəbərlər